Dortmund “Borussiya”sı Mönhenqladbax “Borussiya”sından Markus Türamı transfer edə bilər.

“Footmercato” portalının məlumatına görə, dortmundluların baş məşqçisi Lüsyen Favr futbolçunun agenti ilə görüşərək fransızla maraqlandıqlarını söyləyib. Xatırladaq ki, Fransa millisinin sabiq üzvü Lilian Türamın oğlu Markus bu ilin yayında “Genqam”dan 9 milyon avroya Mönhenqladbax “Borussiya”sına keçib.

22 yaşlı forvard Almaniya klubunda keçirdiyi 17 oyunda 6 qol və 5 məhsuldar ötürməylə yadda qalıb. Onun “Borussiya” ilə müqavilə müddəti 2023-cü ilin yayında başa çatır.